Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru təhlil olunmalı və dövlət büdcəsinə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin yolları araşdırmalıdır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin büdcə zərfi ilə balı bu gün aparılan müzakirələr zamanı millət vəkili Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, ölkənin bank sektorunda kredit faizlərinin azaldılması üçün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə ayrıca iclas keçirilməlidir:
“Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük - 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var”.