Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin avqustun 23-ə olan yenilənmiş siyahını açıqlayıb.
Oxu.Az bu barədə nazirliyə istinadən xəbər verir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, siyahıda 308 nəfər fiziki şəxsin adı yer alıb. Onlardan 3 nəfəri xarici ölkə vətəndaşıdır.
http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf
http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf
Ülviyyə R. Əli
www.oxu.az