Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) yeni baş katibi Muhammed Barkindo vəzifəsinin icrasına bu gün başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə OPEK-in yazılı açıqlamasında qeyd edilib.
Barkindo təşkilatın iyunun 2-də Vyanada keçirilən 169-cu iclasında üzvlərin səs çoxluğu ilə Abdulla Salam əl-Bədrini yerinə seçilib.
Neft və qaz sahəsində uzunmüddətli təcrübəsi ilə seçilən Barkindo 2009-2010-cu illərdə Nigeriyanın Milli Neft Şirkətinə rəhbərlik edib. O, Nigeriyanın OPEK nümayəndəsi olaraq 1986-ci ildə təyin edilib və təşkilat nəzdində mühüm vəzifələrdə çalışıb.
Qeyd edək ki, o, bu posta üç il rəhbərlik edəcək.
Ülviyyə R. Əli
www.oxu.az