Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Orxan Nəzərli: "Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı hədəfləri var"
"Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq, "yüksəkkeyfiyyətli ekoloji mühit" və yaşıl enerji milli inkişaf prioritetləri olaraq seçilib və "2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda "təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" üzrə strateji çərçivə müəyyənləşdirilib. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O qeyd edib ki, Azərbaycanda elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur:
"1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq da hədəflərimizdəndir. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla sözügedən ərazilər "yaşıl enerji zonası" kimi müəyyən edilib. Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri artırmaqdır".

Məhərrəm Əliyev
"Dövlət Vergi Xidməti (Vergilər Nazirliyi)" teqi üzrə xəbərlər
- "Azərlotereya" ən çox vergi ödəyən şirkətlər arasında: 92.4 milyon manat
- Mikayıl Cabbarov vergi orqanlarının əməkdaşları ilə görüşüb
- Xidmət rəisi: "ƏDV geri al" layihəsi hesabına dövriyyələrin artımı sürətlənib"
- Orxan Nəzərli: "ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
- Şahin Bağırov: "Kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb"