Pambığın qəbul qiyməti artırılıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, "Azərpambıq" MMC regionlarda olan zavod və qəbul məntəqələri tərəfindən bağlanmış müqavilələr əsasında bu il qəbul ediləcək xam pambığın 2-ci və 3-cü növlərinin alış qiymətini hər tona görə 10 manat artırıb.
Qeyd edək ki, hazırda "Azərpambıq" I növ pambığın bir tonunu fermerlərdən 500 manat, II növü 480 manat, III növü 450 manat, IV növü isə 400 manatdan qəbul edir.
L.Ə.