“Alians Development and Construction”nın layihəsi olan “Panorama Park” yaşayış kompleksindən müştərilərə uzunmüddətli mənzil əldə etmək imkanı yaradılıb.
“Alians” şirkəti 2014-cü ildən bəri həyata keçirdiyi bütün aksiyalarında müştəri məmnunluğunu qoruyub-saxlamaq prinsipini daima üstün tutub.
Dünyada baş verən qlobal devalvasiya prosesi bizim ölkədən də yan keçməyib. Devalvasiya, təbii ki, iş adamları və əhalinin maddi durumuna mənfi təsir göstərib. Bunları nəzərə alaraq “Alians” şirkəti 2 il boyunca ardıcıl olaraq müştəriləri üçün endirim aksiyaları həyata keçirib.
Şirkət bu ənənəyə sadiq qalaraq mənzil sahibi olmaq istəyənlərə daxili satışlarda ilkin 20% ödənişlərdən başlayaraq uzunmüddətli, 60 ayadək şərtlərlə yeni fürsətlər yaradıb. Müştərilər “Panorama Park”dan zövqlərinə uyğun olaraq təmirli (modern, klassik, loft) və ya təmirsiz mənzillər əldə etmək imkanına sahib olacaqlar.

Müştərilər satış ofislərinə yaxınlaşmaqla professional satış menecerlərinin köməkliyi ilə kompleksə, sənədləşmə işlərinin aparılmasına, kompleksdə istifadə olunan materialların mənşəyinə, binanın dayanıqlığına, endirimlərə dair geniş məlumatlar əldə edə, layihələr ilə yerində və qiyabi sxemlərlə tanış ola bilərlər.
“Panorama Park” yaşayış kompleksi binaların inşasında yüksək keyfiyyətə zəmanət verən dünyaca məşhur brendlərdən istifadə edir. Belə ki, binaların üzlük daşlarının xüsusi konstruksiya ilə inşası mənzillərin qışda isti, yayda isə sərin qalmasını təmin edir.
Kompleks 24/7 zaman kəsiyində, həm kamera, həm də canlı nəzarət sistemi, binanın işıqlandırılması, səssiz rejimdə işləyən liftlər, fasiləsiz enerji ilə təmin edəcək anında qoşulan generatorlarla təmin edilir.
Sakinlərin əlavə xidmətlər üçün kompleksdən ayrılmasına ehtiyac olmayacaq və bu da əlavə vaxt itkisinin qarşısını alacaq. Belə ki, yaşayış kompleksi market, uşaq bağçaları, fitnes zalları və s. tipli iaşə obyektləri ilə də təmin ediləcək.
U.A.
www.oxu.az