“Petkim Petrokimya Holding A.Ş.”-nin baş direktorunun satınalmalar üzrə müavini Natiq Dəmirov istefa verib.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, “Petkim” tərəfindən Cəmiyyəti Aydınlatma Platformuna (KAP) edilən açıqlamada bildirilib ki, şirkətin baş direktor müavini Natiq Dəmirov istefa verərək vəzifəsindən ayrılıb.
Petkim tərəfindən KAP-a edilən ikinci açıqlamada şirkətin sabiq baş direktorunun Saadettin Korkut Fətullah Gülənlə əlaqədə ittiham edilərək saxlanılması ilə bağlı mətbuatda yer alan xəbərlərin şirkətin fəaliyyətinə hər hansı bir təsir etmədiyi bildirilib.
“Fəaliyyətimiz əvvəlki səviyyədə davam edir”, - deyə “Petkim” tərəfindən edilən açıqlamada bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az