Ölkə banklarının bir neçəsi dollar satışını həyata keçirdiyindən qıtlıq “qara bazar”da aktivliyə səbəb olub. Dünən günortadan sonra “qara bazar”da dolların bahalaşması nəzərə çarpıb və həmin qiymətlər hazırda da qalmaqdadır.
Oxu.Az-ın məlumatına görə, Fins.az xəbər verir ki, hazırda qeyri-rəsmi bazarda 1 dollar 1,83 manata alınır. Dolların satış qiyməti isə 1,85 manatdır.
Ayrı-ayrı şəxslərin əlində olan dollar kütləsinin həcmi isə elə də böyük deyil, lakin bankların təklif etdiyi limitdən dəfələrlə yüksəkdir. Məlumatlara görə, “qara bazar”da 5 minə qədər dollar almaq mümkündür.
U.A
www.oxu.az