Yanvarın 17-də “qara bazar”da dollar yenidən bahalaşıb.
Oxu.Az xəbər verir ki, Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1,84 manata, satışı isə 1,86 manata qədər yüksəlib.
Qeyd edək ki, yanvar ayının 14-dən 16-da qədər “qara bazar”da dolların alışı 1,83 manat, satışı isə 1,85 manat olub.
Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər bildiriblər ki, yanvarın 16-da keçirilən valyuta hərracından sonra dolların bahalaşması, bundan əlavə, Azərbaycan Mərkəzi Bankının ilk dəfə olaraq dolları rekord (1,8045 manat) səviyyədə artırması “qara bazar”da Amerika valyutasının yenidən bahalaşmasına səbəb olub.
U.A.
www.oxu.az