“Qara Cümə” günü ABŞ-da 200 mindən çox silah satılıb.
Oxu.Az xəbər verir ki, dövlət satınalma sorğularına görə, 1998-ci ildən indiyədək ən çox silah satışı reallaşdırılıb.
ABŞ Federal İstintaq Bürosundan (FBI) verilən məlumata əsasən, “Qara Cümə” günü silah almaq üçün 203.866 online sifariş daxil olub.
FBI-dən bildirilir ki, bu rəqəm 2015-ci ildə 185 min 345, 2016-ci ildə 185 min 713 təşkil edib.
Qeyd edək ki, alış-veriş edənlər birdən çox silah ala bilərlər. Buna görə, ehtimal olunur ki, 203,286-dan çox silah satın alınıb.
L.Ə.