Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,11% artaraq bir barelə görə 55,14 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,08% bahalaşaraq 52,65 dollara satılıb.
U.A.
www.oxu.az