Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşır.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, hərracların son nəticələrinə görə, Brent markalı neftin 1 barelinin qiyməti 3,96% və ya 1,98 dollar azalaraq 48,01 dollara çatıb.
WTI neftinin bir barelinin qiyməti isə 3,65% və ya 1,74 dollar ucuzlaşaraq 45,88 dollar olub. Dünən səhər saatlarında isə Brent və WTI markalı neftin bir barelinin qiyməti müvafiq olaraq 49,53 və 47,22 dollar olmuşdu.
Ülviyyə R.Əli
www.oxu.az