Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qarabağda istifadəyə verilən yaşayış sahəsinin həcmi açıqlanıb
2023-cü ildə Qarabağ iqtisadi rayonunda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 28 min 206,6 kv.metr təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 5,4% azdır.
Bu iqtisadi rayonda 2022-ci ildə 29 min 807,6 kv.metr yaşayış sahəsi istifadəyə verilmişdi ki, bu da, 2021-ci illə müqayisədə 24% azdır.
Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda ötən il 9,946 min kv.metr yaşayış sahəsi (25,4% az), Ağdam rayonunda 1,64 min kv.metr yaşayış sahəsi (34,5% az), Bərdə rayonunda 11 min 823,6 kv.metr yaşayış sahəsi (67,5% çox), Füzuli rayonunda 1,217 min kv.metr yaşayış sahəsi (29,1% az), Tərtər rayonunda 3,58 min kv.metr yaşayış sahəsi (31,2% az) istifadəyə verilib.
Hesabatda, Xankəndi, Xocalı, Xocavənd və Şuşa rayonlarında istifadəyə verilən yaşayış evlərinin sahəsi üzrə məlumat verilməyib.
Ötən il Qarabağ iqtisadi rayonuna yatırılan 2 milyard 254,4 milyon manatlıq investisiyanın 97,8%-i və ya 2 milyard 204,251 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib ki, bu da, 19,3% çoxdur.
Qeyd edək ki, ötən il Azərbaycanda bütün mülkiyyət növləri üzrə 2 milyon 483 min kv.metr yaşayış evi istifadəyə verilib ki, bu da, bir il öncəki göstəricidən 11,8% azdır. Bunun 57,8%-i və ya 1 milyon 436 min kv.metr yaşayış evi əhalinin öz vəsaiti hesabına istifadəyə verilib. Ötən il əhalinin öz vəsaiti hesabına istifadəyə verilən yaşayış evlərinin həcmi 8,7% azalıb.