Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Oxu.Az verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 650 milyon 979 min manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 41 milyon 747 min manat, “Zaminbank” ASC - 51 milyon 48 min manat, “Kredobank” ASC - 26 milyon 136 min manat, “Dekabank” ASC - 2 milyon 887 min manat, “Atrabank” ASC -14 milyon 17 min manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1 milyon 88 min manat, “Bank of Azerbaijan” ASC - 24 milyon 117 min manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC - 120 milyon manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 368 milyon 161 min manat kompensasiya alıblar.
U.A.
www.oxu.az