Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qaz təchizatı sektorunda dövlətin vəzifələri hansılardır?
Qaz təchizatı sektorunda dövlətin vəzifələri müəyyənləşir.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.
Bunlar aşağıdakılardır:
-regional əməkdaşlığın inkişafı, özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- qaz təchizatı sektorunda inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
-qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
-istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi;
-təbii inhisar və dövlət inhisarı subyektlərinin fəaliyyətinin tənzimlənməsi;
-enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
-ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
-qaz təchizatı sektorunda dövlət nəzarətinin, o cümlədən monitorinqin həyata keçirilməsi;
-qaz təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən edilməsi;
-istehlakçılara keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi;
-qazın nəqli, paylanması, saxlanması və satışı üzrə xərclərin minimuma endirilməsi və qiymətlərin (tariflərin) iqtisadi əsaslar olmadan dəyişdirilməsinin qarşısının alınması.
Mərahim Nəsib
"Qanunvericilik" teqi üzrə xəbərlər
- Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir
- Bələdiyyə torpaqları ilə bağlı qanuna dəyişiklik edilə bilər
- Dövlət vəsaiti hesabına inşa ediləcək binaların tikinti prosedurları sadələşdirilir
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısı genişləndirilir
- Bəzi yaşayış yerlərində yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilməyəcək