Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb.
Oxu.Az-a “Azəravtoyol” ASC-dən verilən məlumata görə, yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.
Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb. 4,1 min m2 yol-cizgi və yol-göstərici xətlər çəkilib, həmçinin bir yerdə avtobus dayanacağı tikilib.
“Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.
Həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun uzunluğu 8 km-dir.
U.A.
www.oxu.az