Rusiya rublu Azərbaycan manatı qarşısında dəyərdən düşüb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, xeyli müddətdir rəsmi olaraq 1 rubl 0.0300 səviyyələrində idi (1000 rubl = 30 manat).
Mərkəzi Bankın məlumatına görə, bu gün rəsmi olaraq 1 rubl 0.0285 manata düşüb. Başqa sözlə, 1000 rubl 1,5 manat ucuzlaşıb (28,50 manata düşüb).
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rubulun dəyərdən düşməsi Azərbaycan ixracatçılarının rəqabət gücünü zəiflədir və gəlirlərini azaldır.
Xəbər verdiyimiz kimi, Rusiya rublu dollar qarşısında dəyərdən düşməkdə davam edir.
Dünən 59 səviyyələrinə çıxan dollar/rubl məzənnəsi bu gün səhər 60 səviyyəsini keçərək 60.23 rubl olub.
Rubl, neftin qiymətinin düşməsi, Rusiyaya tətbiq edilən sanksiyaların müddətinn uzadılması və genişləndirilməsi, geosiyasi gərginlik səbəbləri ilə ucuzlaşır.
Rubl/Manat məzənnəsi
| 22.05.2017 | 0.0300 |
| 23.05.2017 | 0.0301 |
| 24.05.2017 | 0.0302 |
| 25.05.2017 | 0.0302 |
| 26.05.2017 | 0.0300 |
| 30.05.2017 | 0.0301 |
| 31.05.2017 | 0.0300 |
| 01.06.2017 | 0.0301 |
| 02.06.2017 | 0.0302 |
| 05.06.2017 | 0.0301 |
| 06.06.2017 | 0.0302 |
| 07.06.2017 | 0.0301 |
| 08.06.2017 | 0.0299 |
| 09.06.2017 | 0.0299 |
| 12.06.2017 | 0.0298 |
| 13.06.2017 | 0.0299 |
| 14.06.2017 | 0.0299 |
| 16.06.2017 | 0.0294 |
| 19.06.2017 | 0.0296 |
| 20.06.2017 | 0.0292 |
| 21.06.2017 | 0.0285 |
L.Ə.