Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Dövlət büdcəsinin gəlir və xərcləri dəyişdirilə bilər
Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də daxil edilib. Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi nədən irəli gəlir?
Oxu.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-ın bu yöndə suallarını cavablandırıb.
Deputat bildirib ki, neftin qiymətindəki artım dövlət büdcəsinə əlavə gəlirlər gətirib: “Ola bilsin ki, bununla əlaqədar olaraq dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsinə müəyyən dəyişikliklər edilsin. Çünki biz neftin qiymətini 40 dollardan hesablamışdıq. Amma son beş ayda neftin qiyməti 40-50 dollar arasında oldu. Bu da, təbii ki, dövlət büdcəsinə əlavə vəsait gətirib”.
L.Ə.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı
- Deputat: "Beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin strateji, etibarlı dövlət kimi nüfuzunu artırıb"
- Əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı pulsuz olsun - TƏKLİF
- Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul etdi
- Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"