Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya Azərbaycan və Gürcüstandan elektrik enerjisi idxal etmək istəyir
Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etmək üçün sorğu göndərib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu "İnter RAO"nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.
"Bəli, biz iki ölkəndən soruşduq: Azərbaycan və Gürcüstana tədarük imkanı ilə bağlı sorğu göndərdik. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşu enerji sisteminin imkanlarını araşdırırıq. Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz sistem operatorunun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana müraciət etmək istərdik ki, bizə hər biri 300 MVt enerji təmin etməyə hazır olsunlar", - Panina qeyd edib.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.
"Elektrik enerjisi" teqi üzrə xəbərlər
- Xankəndidə enerji şəbəkəsi yenilənəcək
- Azərbaycanda elektrik enerjisi üzrə YENİ QİYMƏTLƏR
- Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər
- Güclü külək Göyçayda fəsadlar törədib: Elektrik enerjisinin verilişi dayandırılıb
- Milli Məclis "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib