"Bu ilin yanvar-sentyabr aylarında "Azərişıq" ASC ümumilikdə 3 milyon 178 min 416 istehlakçını elektrik enerjisi ilə təmin edib".
Oxu.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Ağdam rayonuna mediatur zamanı işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onların 2 milyon 979 min 037 məişət istehlakçıları, 199 min 379 isə qeyri-məişət istehlakçılardır. İşğaldan azad olunmuş ərazilər üzrə istehlakçı sayı 16 min 922 nəfər, məişət istehlakçıları 14 896, qeyri-məişət istehlakçıları 2 026 nəfərdir.