Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirmədi.
Oxu.Az xəbər verir ki, bu gün bankın Direktorlar Şurasının iclası keçirilib. Faiz siyasəti dəyişdirilməyərək 9 faizdə saxlanılıb.
Bankdan verilən açıqlamaya görə, buna səbəb inflyasiya səviyyəsinin hədəfə yaxın olması və iqtisadi aktivliyin bərpasının davam etməsidir. Bununla belə, qısamüddətli və ortamüddətli inflyasiya riskləri qalır.
O da məlum olub ki, inflyasiyanı 4 faiz ətrafında saxlamaq üçün Rusiya Mərkəzi Bankı sərt pul kredit siyasətini davam etdirəcək.
L.Ə.