Rusiya və Azərbaycan energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişafı ilə məşğul olacaq yüksək səviyyəli işçi qrup yaradacaq.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə RF prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Energetika sahəsində tərəfdaşlığın inkişafı ilə hökumətlərarası komissiyanın çərçivəsində xüsusi olaraq yaradılacaq yüksək səviyyəli işçi qrup məşğul olacaq”, - Uşakov Moskvada brifinqdə deyib.