Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan Azərbaycana ixrac olunan və halal olaraq təqdim edilən mal əti konservləri ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-a bildirilib ki, Rusiyanın "Oryolprodukt" ASC-nin mediada adı hallanan, istehsal tarixi göstərilən məhsul partiyası Azərbaycana daxil olmayıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan Azərbaycana ixrac olunan və halal olaraq təqdim edilən mal əti konservləri ilə bağlı məsələni nəzarətə götürüb.
Oxu.Az-a AQTA-dan bildirib ki, "Qlavprodukt" şirkətinin istehsal etdiyi və halal olaraq təqdim edilən mal əti konservləri ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konservlərində donuz əti DNT-si aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "All Exclusive" "Telegram" kanalına istinadən "İnsayder" nəşri məlumat yayıb.
Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.
Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub.
Xəbərdə bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.
Sentyabr ayında aparılan analizə əsasən, "Family Budget" markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib. Bu "Qlavprodukt"un Oryol vilayətindəki törəmə şirkəti olan "Oryolprodukt" ASC tərəfindən istehsal edilib.

