Yanvarın 31-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
S.B.
www.oxu.az