Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci ilin sentyabrın 20-də başlanması gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə “Natural Gas World” nəşrinə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumata görə, bu il hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə iki milyard kubmetr qaz çıxarılması nəzərdə tutulub.
A.M.
www.oxu.az