İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev dekabrın 21-də İranın paytaxtı Tehran şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclasında iştirak etmək məqsədilə bu ölkəyə səfər edəcək.
Bu barədə Oxu.Az nazirliyə istinadən xəbər verir.
İclasda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə yanaşı, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.
Nazirlikdən bildirilib ki, dekabrın 21-22 tarixlərində baş tutacaq səfər çərşivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran - Azərbaycan biznes forumları keçirilməsi nəzərdə tutulub.
Ülviyyə R. Əli
www.oxu.az