Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Sədr: "2023-24-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib"](https://images.oxu.az/2025/02/06/PwGYCWiu3LSF1KTawV7qLYGQxQyjkDw8ofOZnh6y:1200.jpg)
Sədr: "2023-24-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib"
"2024-cü ildə Azərbaycanda ilk dəfə olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsili Mərkəzində ikili diplom proqramının tətbiqinə başlanılıb. Belə ki, İsveçrənin "SMBS - Swiss Montreux Business School" ilə Anlaşma Memorandumu imzalanıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.
Sədr bildirib ki, həmçinin Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan "TWI Ltd" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb:
"Bu memorandumun əsas məqsədi sözügedən şirkətin qaynaq təcrübəsindən mərkəzdə istifadə etməkdir. Qeyd edim ki, mərkəzin savadlı və təcrübə dərslərində fəal olan tələbələrinin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. 2023-24-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib.
Cari il ərzində Peşə Təhsil Mərkəzində tədrisin praktiki təşkili üçün yeni emalatxanaların istifadəyə verilməsi planlaşdırılır".
Məhərrəm Əliyev
"İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA)" teqi üzrə xəbərlər
- Çin şirkəti Azərbaycanda elektrik avtobusları istehsal edəcək
- İdarə Heyətinin sədri: "2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər"
- Seymur Adıgözəlov: "Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikiləcək"
- Seymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır"
- Sədr: "Sənaye zonalarında 15.4 milyard manatlıq məhsul satışı həyata keçirilib"