“Gəncə Avtomobil Zavodu keyfiyyətcə yeni mərhələyə qədəm qoyur”.
Oxu.Az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.
“Gəncə Avtomobil Zavodu Azərbaycanın ən böyük müəssisələrindən biridir. Biz artıq üçüncü ölkələrə məhsul ixracı ilə bağlı yeni mərhələyə keçirik.
Müəssisəyə Belarusda yığılan yekun məhsullar üçün aqreqatlar da göndərilir. Bu birgə layihənin böyük perspektivləri var”, - deyə G.Axramoviç vurğulayıb.
Səfir müəssisədə traktorlarla yanaşı, avtobusların da istehsalının genişləndiyini bildirib:
“2007-ci ildən bəri 8 min traktor istehsal olunub, hazırda bir neçə model avtobus hazırlanıb.
Hansı modellərin istehsal olunacağı Azərbaycan tərəfindən asılı olacaq”.
Onun sözlərinə görə, Azərbaycanın bu ölkəyə ixracı təxminən 3,7 dəfə artıb:
“Son 10 ay ərzində ümumi əmtəə mübadiləsi 4 milyon dollar olub”.
Nigar Orucova
www.oxu.az