2017-ci ilin yanvar-aprel ayları üzrə sığorta bazarının operativ göstəriciləri açıqlanıb.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin ilk 4 ayı ərzində hesablanmış sığorta haqları 194 milyon 172 min manat olub. Hansı ki, ötən ilin eyni dövründə bu məbləğ 192 milyon 734 milyon manat təşkil edirdi.
Sığorta ödənişlərinə gəlincə, ötən ilin yanvar-aprel aylarında 67 milyon 591 min manat, bu ilin ilk 4 ayında 75 milyon 319 min manat olub.
L.Ə.