Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
SOCAR-da “İdarəetmə üzrə Mentorluq” proqramına start verilib - FOTO
Bakı Ali Neft Məktəbinin (BANM) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji rəhbərləri üçün tərtib olunan “Liderlik Akademiyası” konsepti çərçivəsində şirkətdə liderlik potensialının daha da inkişaf etdirilməsinə zəmin yaradacaq yeni bir təşəbbüs reallaşdırılıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu xüsusda, müasir liderlik bacarıqlarının təkmilləşdirilməsinə yönələn silsilə təlimlərdə iştirak etmiş üst səviyyəli strateji rəhbərlər “İdarəetmə üzrə Mentorluq” proqramı çərçivəsində SOCAR-da daha öncə idarəetmə təcrübəsi olmayan, rəhbər vəzifələrə təyin edilən yeni liderlərə mentorluq edəcəklər.
"Liderlik Akademiyası" çərçivəsində altı ay davam edəcək “İdarəetmə üzrə Mentorluq” proqramında yeni seçilmiş 18 rəhbərdən ibarət qrup fərdi mentorluq vasitəsilə mühüm liderlik keyfiyyətlərinin inkişafı üçün peşəkar dəstək almaqla yanaşı, həmçinin qərar qəbuletmə, problemlərin həlli, effektiv ünsiyyət və komandanın qurulması ilə bağlı dəyərli fikir və təcrübələr əldə etmək imkanı qazanacaq.
Proqram çərçivəsində ilkin tanışlıq görüşlərinə bu ilin iyul ayında start verilib. Mentorlar və yeni liderlər arasında əməkdaşlıq və açıq ünsiyyəti təşviq edən bu görüşlərin hər ay iki dəfə olmaqla 2024-cü ilin yanvar ayına qədər davam etməsi, həmçinin növbəti aylarda proqramın əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
“İdarəetmə üzrə Mentorluq” proqramı gənc rəhbərlərə verəcəyi sonsuz fayda ilə yanaşı həmçinin SOCAR-da dayanıqlı liderlik xəttini inkişaf etdirərək zəngin təcrübələrə əsaslanan liderlik mədəniyyəti yaradacaq və şirkətin strateji hədəflərinə çatması üçün mühüm idarəetmə bacarıqlarının təkmilləşdirilməsini təşviq edəcək.
"BANM" teqi üzrə xəbərlər
- Dövlət agentliyində yüksək vəzifəyə TƏYİNAT
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?
- Bakı necə dünyada ilkə imza atdı? - 177 il əvvəl başlayan dəniz hekayəsi - REPORTAJ + FOTO
- SOCAR nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib - FOTO
- Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda konfrans keçirilib - FOTO/VİDEO