2014-cü ilin aprel ayı ərzində SOCAR (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 810 metr qazma işi həyata keçirib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin 12 479 metri istismara, 331 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 46 587 metr qazma işi görülüb ki, bunun da 45 665 metri istismara, 922 metri isə kəşfiyyata aid olub.
Gülnarə Zeynalova
www.oxu.az