Bu ilin yanvar-may ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) 2 milyard 650,1 milyon kubmetr həcmində qaz hasil edib. Bu göstərici ötən ilin müvafiq dövründən 5,4% azdır.
Bu barədə Oxu.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir.
Cari ilin may ayında SOCAR 535,6 milyon kubmetri qaz hasil edib. Bu isə ötən ilin may ayından 7% azdır.
May ayında Azərbaycanda qaz hasilatı 2 milyard 520,1 milyon kubmetr, yanvar-may aylarında isə ümumilikdə 12 milyard 466 milyon kubmetr olub.
Bu il SOCAR 3 milyon 161,7 min ton xam neft hasil edib, hasilat ötən ilin müvafiq dövründən 8,7% az olub.
May ayında şirkət 639 min barel neft hasil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 9,6% azdır.
Bu il Azərbaycan üzrə neft hasilatı 17 milyon 544,2 min ton təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az