“Türkiyə iqtisadiyyatının bünövrəsi sağlamdır, amma bəzi beynəlxalq reytinq agentliklərinin Türkiyənin kredit dərəcəsini aşağı salması ilə bağlı qərarı çaşqınlıq yaradır”.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində “SOCAR Turkey Energy”in sabiq baş icraçı direktoru Kənan Yavuz deyib.
“Xaricdən gələn bu cür informasiyalara qarşı Türkiyə iqtisadiyyatının əsas oyunçuları olaraq birlikdə reaksiya verməliyik. Daha ciddi bir şəkildə ölkəmizə olan güvənimizi ifadə etməliyik.
İnvestisiya qərarlarının açıqlanması üçün uyğun bir zamandır. Gözlənilən investisiya qərarlarının açıqlanması və xaricdəki portnyorlarımıza ölkədəki cari vəziyyəti izah etməyimiz lazımdır”, - deyə K.Yavuz bildirib.
Qeyd edək ki, “Standard & Poor's” beynəlxalq reytinq agentliyi iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən sonra Türkiyənin kredit reytinqini aşağı salıb. Agentlik Türkiyə üzrə göstəricini “BB+” səviyyəsindən “BB”yə endirib. Daha sonra isə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi açıqlamasında bu qərarın tələsik verildiyini və başadüşülən olmadığını demişdi.
Ülviyyə R. Əli
www.oxu.az