Bu gün bir istifadəçi tərəfindən Ukraynada AZS SOCAR-da çəkilmiş bir şəkil əsl partlayışa çevrilib.
“AZS SOCAR məntəqələrində bizim hərbçilərimizə kompleks qidalanmanı simvolik olan bir qəpiyə təklif edirlər. Mənim yolumda daimi yanacaqdoldurma məntəqəsi peyda olub”, - bunu istifadəçi bütün ukraynalıları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) jestinə cavab olaraq “tam bak doldurmaqla” cavab verməyə çağırıb. Ukrayna istifadəçiləri belə addımı pozitiv qarşılayıb.
Oxu.Az xəbər verir ki, SOCAR Energy Ukraine-nin mətbuat xidmətinin rəhbəri Marina Erqemlidze Day.Az-a bu səs-küyə səbəb olan hadisənin həqiqət olduğunu bildirib.
“Bundan başqa, bizim Ukrayna ordusuna yeməyin pulsuz verilməsi təşəbbüsümüz 2014-cü ilin avqust ayından başlayıb”, - Erqemlidze əlavə edib.