ANS TV-nin “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərovanı həmkarlarının savadsızlığı əsəbiləşdirib.
Oxu.Az xəbər verir ki, aparıcı xanım şəxsi Facebook səhifəsində qeyri-peşəkar həmkarlarını tənqid edib.
Aparıcı “Sevilya bərbərini tanımayan, Fiqaronun kim olduğunu bilməyən, “təmsil”in nə olduğundan bixəbər olan, bəsit şəhər və paytaxt, ölkə adlarını biabırcasına tələffüz edən şəxs necə aparıcı ola bilər?! Mən şokdayam. Mən belə biabırçılığın əleyhinəyəm. Nə olsun ki, hansısa kursu bitirib?! Qabı dayaz olan insanı nə qədər öyrətsən də o, “qab”ın kənarından töküləcək və israfa gedəcək. Biabırçılıqdır vallah”- yazısını paylaşaraq sərt mövqeyini göstərib”.
Qeyd edək ki, bir çox insan onun bu paylaşımını bəyənib və onunla həmfikir olduqlarını bildiriblər.