"Kənd təsərrüfatında 33 süni intellekt həlli hazırlanma mərhələsindədir".
Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, hazırlanan süni intellekt həllərinin bəziləri artıq istifadədir:
"Hazırda süni intellekt həlli sayəsində əkin sahələrinin avtomatik monitorinqi ilə yanlış subsidiya prosesləri aşkar edilir, ölkə üzrə bitki xəritəsinin hazırlanması əkin strukturunun düzgün formalaşmasına töhfə verir. Torpaq və iqlim məlumatlarının emalı əsasında hansı bitkinin hansı ərazidə əkilməsi və məhsuldarlığının artırılmasını süni intellekt həlli ilə müəyyən etmək mümkündür.
Su ehtiyatlarının idarəedilməsi istiqamətində tətbiq olunan süni intellekt həlləri, süni intellekt əsaslı suvarma sistemi optimal suvarma vaxtını müəyyən edir, suvarma sistemlərinin qorunmasına öz töhfəsini verir".