“Teymur Əhmədov” gəmisinin saya oturduğu Volqa-Xəzər dənizi su kanalının 136-140 kilometrlik ərazisi dərinliyin artırılmasına qədər bağlanıb.
Oxu.Az Portтnews-a istinadla xəbər verir ki, gəminin saydan çıxarılması üzrə işlər davam etdirilir.
Qeyd edək ki, öncə Portтnews məlumat vermişdi ki, gəmi saydan çıxarılıb, lakin məlumat öz təsdiqini tapmayıb.
12:41
“Teymur Əhmədov” gəmisi saydan çıxarılıb və dərinliyin artırılmasına qədər Volqa-Xəzər su kanalının 139 kilomterliyində lövbərə qoyulub.
Bu barədə Oxu.Az Portnews saytına istinadla xəbər verir.
Xatırladaq ki, “Teymur Əhmədov” teploxodu (yükü – 3 011 ton buğda) martın 31-də Volqa-Xəzər su kanalı istiqamətində hərəkət edərkən saya oturmuşdu.