“TuranBank” biznes və mikro kreditləri dayandırılmasını ilə bağlı bankdan verilən məlumatı rəsmi qaydada təkzib edib.
Oxu.Az xəbər verir ki, bankın marketinq departamentindən Fins.az-a bildirilib ki, bank biznes və mikro kredit verilişini davam etdirir.
O cümlədən, adı çəkilən “Lombard krediti” 3 il deyil, 2 il müddətinə verilir.
Qeyd edək ki, bundan əvvəl bankdan verilən məlumatda bildirilirdi ki, may ayından etibarən biznes və mikro kreditlər dayandırılıb.
Bu kreditlərin yenidən bərpa edilib-edilməyəcəyi məlum deyil. Bununla yanaşı, bank hazırda müştərilərə 29-36%-lə 3 il müddətinə “Lombard krediti” təklif edir.
11:54
“TuranBank” may ayından etibarən biznes və mikro kreditləri dayandırıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bank kreditlərin dayandırılmasını təsdiqləyib:
“İrihəcmli kreditlər bankın daxili qaydalar əsasında rəhbərliyinin qərarı ilə dayandırılıb. Bu kreditlərin yenidən bərpa edilib-edilməyəcəyi məlum deyil”.
Bankdan deyiblər ki, hazırda müştərilərə yalnız 29-36%-lə 3 il müddətinə “Lombard krediti” təklif edilir.
U.A.
www.oxu.az