“TuranBank” ASC 2016-cı il üzrə audit hesabatını açıqlayıb.
Oxu.Az hesabata istinadən xəbər verir ki, 2016-cı il üzrə bankın yığılmış zərəri 16 milyon 305 manat təşkil edib. 2015-ci ilin sonuna bu rəqəm 2 milyon 969 manat olub.
Bankın əməliyyatlardan gəliri azalıb. 2015-ci ilin sonuna 12 milyon 274 manatdan ötən ilin sonuna 1 milyon 913 manata düşüb.
“TuranBank”ın il üzrə zərəri 13 milyon 336 manat olub. 2015-ci ildə bu rəqəm 1 milyon 132 manat idi. Beləliklə, bankın zərəri 13,3 dəfə artıb. Halbuki 2014-cü ili bank 5 milyon 563 manat mənfəətlə başa vurmuşdu.
Bankın səhm üzrə zərəri 285 manat olub. 2015-ci ildə bu rəqəm 25 manat idi.
Bankın aktivlərinin həcmi 2016-cı il üzrə 508 milyon 260 manat olub. Bankın aktivlərinin həcmində 1,8 faiz azalma baş verib. Belə ki, 2015-ci ildə bu rəqəm 517 milyon 741 manat təşkil edirdi.
L.Ə.