Türkiyədə ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 14:00-da tarixi rekord səviyyə - 3,64 TRY/USD-yə yüksəlib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, dolların məzənnəsində gündəlik artım 2%-ə yaxınlaşıb.
Səhər saatlarında 3,56 TRY/USD-yə qədər geriləyən məzənnə, daha sonra dolların qlobal valyuta bazarında bir qədər möhkəmlənməsi və FED-in uçot dərəcəsini artırmağa davam edəcəyi xəbərləri ilə yüksəlməyə başlayıb.
“Report”un analitik qrupu Türkiyədə dolların məzənnəsinin yaxın zamanlarda 3,75 TRY/USD, il ərzində isə 4,05 TRY/USD-yə çatacağını ehtimal edir.
Qeyd edək ki, dolların lirə ilə müqayisədə möhkəmlənməsinin digər bir səbəbi də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq niyyətində olmadığını bildirməsi amili ilə bağlıdır.
U.A.
www.oxu.az