Xəbər verdiyimiz kimi hakerlər UBER-in 57 milyon müştərisinin və sürücüsünün şəxsi hesablarını ələ keçiriblər.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, şirkət 2016-cı ilin oktyabrında müştərilərinin və sürücülərinin elektron hesablarının, əlaqə nömrələrinin oğurlanmasını təsdiqləyib.
Lakin şirkətdən qeyd edilib ki, hakerlər müştərilərin kredit kartlarına dair məlumatları, eləcə də, gedişlərin istiqamətlərini ələ keçirə bilməyiblər.
Bildirilir ki, UBER-in həmin dövrdəki rəhbəri Tervis Kapanik noyabr ayında kiberhücumdan xəbər tutub. Hücum barədə ABŞ hökumətinə xəbər vermək əvəzinə, hakerlərə məlumatları məhv etmələri üçün 100 min dollar ödəyib.
UBER rəhbərliyi oğurlanan məlumatların, doğrudan da, məhv edildiyini, bu günə qədər hardasa istifadə olunmadığını bildirir.
L.Ə.