2026-cı ildə ümumdaxili məhsulda (ÜDM) proqnozlaşdırılan artım açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, iqtisadi artımla bağlı proqnozlar nikbindir:
"2026-cı ildə ÜDM-in 2.4 faiz, ÜDM-də qeyri-neft-qaz məhsulunun payının isə 4 faiz artacağı proqnozlaşdırılır. 2027-ci il üçün isə müvafiq olaraq, 2.9 və 4.3 faiz olacağı gözlənilir".
Aygün Mirakif