Ukrayna, Azərbaycan neftinin yerli neft emalı zavodlarına çatdırılmasında maraqlıdır, bunu Bakıda brifinq zamanı Ukraynanın enerji və kömür sənayesi naziri Yuri Prodan bildirib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Ukrayna tərəfi Azərbaycanla enerji sahəsində əməkdaşlığa bundan sonra da davam etmək niyyətindədir.
“Prodan, Natiq Əliyevlə planlaşdırılmış görüşdən danışıb. Nazirin sözlərinə görə, görüşdə Azərbaycan neftinin Ukraynaya çatdırılması məsələsi və birgə layihələrin realizəsi müzakirə ediləcək”, - Ukraynanın enerji naziri bildirib.
Ukraynada altı neftayırma zavodu var, onlar ümumilikdə ildə 51 milyon xammal nefti emal etməyə qadirdirlər, amma Ukrayna neft emalı zavodlarının iş yükünün yalnız 25%-ə yaxını yerinə yetirilir.