Unibank-ın dekabrın 10-dan başlayan “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq.
Oxu.Az xəbər verir ki, bu gündən 10 mart 2014-cü il tarixinədək Unibank-dan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar.
Lotereya oyunu 3 tirajda keçiriləcək.
Hər tirajın baş mükafatı avtomobildir. Yanvar, fevral və mart aylarında keçirilən uduş tirajları zamanı – hər ay bir nəfər avtomobil qazanacaq.
1-ci tirajın qalibi Nissan Sunny, ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq.
Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.
Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir.
Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si 2 şans kimi qiymətləndiriləcək. Məsələn, təkrar müştəriyə 780 AZN və ya 780 USD kredit rəsmiləşdirilərsə, bu zaman müştəri lotereyada iştirak üçün 7 şans əldə edir.
Əgər qeyd edilən məbləğ Bank üçün yeni müştəriyə rəsmiləşdirilərsə, bu zaman həmin müştəri lotereyada iştirak üçün 2 dəfə artıq- yəni 14 şans əldə edir.
Üstəlik, kampaniya çərçivəsində kredit götürən müştərilərə 3% endirim edilir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.