“2017-ci il yanvarın 1-dən Azərbaycanda gəlirlərin könüllü açıqlanmasına başlanılacaq”.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, yenilik gəlirlərin könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergi ödəyicilərin məsuliyyətdən azad edilməsini nəzərdə tutur.
N.İmanov qeyd edib ki, bu gizli gəlirlərin aşkar edilməsi zamanı vergi orqanları tərəfindən 50% həcmində maliyyə sanksiyasının və cərimənin (hər günə görə 0,1%) tətbiq edilməsi nəzərdə tutulur.
U.A
www.oxu.az