Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xalid Kərimli: “Büdcə xərcləri artdıqca qiymətlər də qalxır” - FOTO
“2024-cü il dövlət büdcəsinin gəlirlərinin 34,1 milyard manat, xərclərinin isə 36,7 milyard manat təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsində xərcin artırılması hələ uğur meyarı deyil. Lakin gəlirin artırılması uğurdur”.
Bunu Bakupost.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
O qeyd edib ki, bu gəlirlərin də Dövlət Neft Fondundan transfertlərin artırılması hesabına yox, qeyri-neft sektoru hesabına artırılması uğur meyarı ola bilər.
Ekspert büdcə gəlirlərinin qeyri-neft sektoru hesabına artmasını uğurlu addım kimi qiymətləndirib.
X.Kərimli deyib ki, hər il büdcə gəlirlərində qeyri-neft sektorunun payı artır:
“Büdcə xərcləri artdıqca, qiymətlər də yüksəlir və ona görə də inflyasiyanı cilovlamaq istəyirik. Bütün bunlara baxmayaraq, gələn il büdcəyə yenidən baxıla da bilər”.