ASC “Xalq Bank”ı müştərilərinə yeni imtiyazlar və xüsusi təkliflər yaratmaqda davam edir. İyul ayının 27-dən başlayaraq “Azpetrol” yanacaqdoldurma məntəqələrində plastik kartla ən azı 25 manat məbləğində ödəniş edən müştərilərə “Xalq Bank”dan “Bakcell” danışıq dəqiqələri hədiyyə ediləcək.
Həmçinin xatırladaq ki, “Xalq Bank” kartları ilə 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən müştərilər, həm də “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın iştirakçısına çevrilirlər.
Lotereya çərçivəsində 2016-cı il boyunca hər ay Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik 3 istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) oynanılır.
Plastik kartları bankın istənilən filialında əldə etmək mümkündür. “Visa Electron/MC Debit”, “Visa Classic/MC Standard” və “Visa Gold/MC Gold” kartları pulsuz təqdim olunur.
Plastik kartlar və kampaniyalar haqqında daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.