“Argus” agentliyi neftin qiyməti ilə bağlı proqnoza dəyişiklik edib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, agentlik bildirib ki, yaxın beş ildə neftin qiyməti 60 dollar/barel təşkil edəcək.
Əvvəlki proqnozda agentlik növbəti beş il üçün “qara qızıl”ın qiymətinin 75 dollar/barel olacağını bildirmişdir.
Qeyd edək ki, “Argus Media” neft bazarının qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq müstəqil agentlikdir.
U.A.
www.oxu.az