“Qazaxıstan hər zaman qonşuları ilə dostluq münasibətlərini qoruyub”.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mangistau vilayətinə səfəri zamanı deyib.
İctimaiyyət nümayəndələri ilə görüşdə Qazaxıstan prezidenti ölkənin müstəqillik dönəmində Mangistau vilayətinin sənaye sahəsindəki yüksək payının bir qədər də artdığını qeyd edib.
N.Nazarbayev sərhəd əməkdaşlığının əhəmiyyətli potensialından istifadənin zəruriliyində ayrıca diqqət yönəldib.
“Elə bir neçə gün əvvəl Azərbaycanda oldum. Əməkdaşlığı genişləndirməyimiz üçün böyük imkanlar var. Təkcə son iki ildə Mangistau vilayəti ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi beş dəfə artıb. Rayon Qazaxıstanı qlobal və regional bazarlara bağlayan əsas tranzit qovşaq rolunu oynayır. Bu böyük potensialdan tam istifadə etmək lazımdır”, - dövlət başçısı vurğulayıb.
N.О.