“Pestisid fabrikinin tikintisi üzrə işlər avqust ayında başa çatacaq”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Aqrokimya Azərbaycan” MMC-nin texniki direktoru Əli Arman Kabakçıoğlu deyib.
O bildirib ki, fabrikin illik istehsalat gücü 9 min ton təşkil edəcək:
“İlkin mərhələdə istehsal olunan məhsul daxili tələbatı ödəyəcək, daha sonra pestisidlərin ixrac olunması başlayacaq”.
Ə.A.Kabakçıoğlu qeyd edib ki, fabrikin tikintisinə 2016-cı ilin yanvarında başlanılıb.
Onun sözlərinə görə, fabrikdə işçilərin sayı 150 nəfər təşkil edəcək. Layihənin reallaşdırılması üçün 15 milyon dollara yaxın investisiya qoyulub.
U.A.
www.oxu.az